Ana səhifə
24 Sentyabr 2018

“İran nüvə silahı əldə etməyəcək, etməməlidir” - Bəyanat

ABŞ-ın İranın nüvə danışıqlarında təmsilçisi  Vaşinqton Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirir.

 

Ucnoqta.az xəbər verir ki, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Vendy Şerman Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edib. O, xəbərdarlıq edib ki, İranın nüvə silahlı regionda silahlanmaya gətirər və gələcəkdə qeyri-sabitlik və təhlükə yaradar. Şerman  Birləşmiş Ştatların öz məqsədinə diplomatik yollarla çatmağa üstünlük verdiyini deyib. Lakin əlavə edib ki, “İran nüvə silahı əldə etməyəcək, etməməlidir”.

Şerman danışıqların ziddiyyətli keçdiyini etiraf edib, ad çəkməsə də, bəzilərinin uğura, bəzilərinin uğursuzluğa ümid bəslədiyini söyləyib.

İran və dünyanın 6 dövləti noyabrın 24-dək İranın nüvə proqramına dair yekun razılaşma əldə etməlidir.

 

Tarix
24 Oktyabr 2014 [10:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin