Ana səhifə
22 Sentyabr 2018

Ağdamda birinci rübdə 18 milyon manatlıq məhsul istehsal olunub

Rayonda göstərilən xidmətlərin dəyərinin ödənilməsində problemlər var

 

 

 

2015-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumidaxili məhsulun 5 faizdən çox artdığını bildirib. Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son üç ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını qeyd edib. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident bildirib ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə olduğunu, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz artdığını diqqətə çatdırıb.

Birinci rübdə regionlarda müsbət meyllərin davam etdiyi, 30 minə yaxın yeni iş yerlərinin yaradıldığı bildirilib, ölkədə sosial məsələlərin həllinin yenə də diqqət mərkəzində olduğu qeyd olunub Hazırda 20-dən çox tibb müəssisəsi tikildiyini və ya əsaslı təmir olunduğunu, əhalinin tibbi müayinədən keçirilməsi prosesinin davam etdiyini deyən ölkə başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb. Bu ilin əvvəlindən xaricə etdiyi çoxsaylı səfərlərin ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıran Prezident cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişməz qalmasına çalışır, buna  görə də münaqişə həll olunmur.

Keçən il həmsədr ölkələrin  dövlət başçılarının işrirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanılmasını davam etdirib. Dövlət başçısı bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı,ikili standartlara son qoyulımalıdır.

Prezident həmçinin qeyd edib ki, biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq və aparırıq. Bütün beynəlxalq və regional layihələrdən Ermənistanı təcrid etmişik. Ermənistanın rəsmi statistik məlumatlara görə əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır. Amma real göstərici 50-60 faizdir. Ermənistanın rəsmi məlumatına görə hər il ölkədən 50-60 min insan həmişəlik köçür. Amma  bizdə olan məlumat göstərir ki, hər il Ermənistandan köçənlərin sayı 100 minə yaxındır. Yəni tarixi Azərbaycan torpaqlarında  yaradılan Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq. Cənab Prezident qeyd edib ki, bizim cəmiyyətimiz, xüsusi ilə gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır. Bu, bizim tarixi, dədə-baba torpaqlarımızdır, bütün toponimlər Azərbaycan mənşəlidir. Bunun üçün 20-ci  əsrin  əvvəlində Çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir, o xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistan ərazisinin 80 faizindəki kəndlər Azərbaycan adları daşıyırdı. Bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür  mümkün deyil. Bu bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq.

Dövlət başçısının çıxışında birinci rübdə baş verən iki mühüm hadisəyə - Bakıda “Cənub”  Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAR layihəsinin təməlinin qoyulmasına da  toxunub.

Yekun nitqində cənab Prezident qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəryuriliyini vurğulayıb. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlət başçısı kənd təsərrüfatı  sektorunun da  inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirib, amma  bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunmasının, torpaqların elektron uçotunun tərtib edilməsinin vacibliyini bildirib. Uğurların əldə olunmasında Ağdam rayonun da öz payı var. Birinci rübdə rayon üzrə ümumi məhsul istehsalının həcmi 18 milyon 164 min manat olub. Bu dövrdə 6 milyon 358 min manatlıq sənaye, 8 milyon 230 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 4 milyon 197 min manatlıq tikinti-quraşdırma işləri aparılıb. Bu rayonda əhalinin problemlərinin həlli, həyat şəraitinin  yaxşılaşdırılması, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, onlara göstərilən  xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün 2015-ci ilin birinci rübündə müəyyən tədbirlər hazırlanıb həyata keçirilib. Belə ki, rayon ərazisində  elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün 3 ədəd 110/35/10 kv-luq, 9 ədəd 35/10-kv-luq yarımstansiyalarda olan avadanlıqlarda təmir işləri aparılıb, subartezian quyularına xidmət edən 12 ədəd  müxtəlif güclü transformatorlar təmir olunub, 2 ədəd  yeni transformator alınıb, 98 abonentə bir fazlı sayğac quraşdırılıb.

2015-ci ilin birinci rübündə istehlakçılara 3,1 milyon manat dəyərində 52,1 milyon kilovat saat elektrik enerjisi verilib, enerjinin dəyərinin  63,0 faizi ödənilib.

Əhalinin təbii qazla təmin olunması üçün tədbirlər də davam etdirilib. 42 fərdi abonentə təbii qaz verilmiş, qaz xətlərində təmir işləri aparılıb.

Cari ilin birinci rübündə 14,8 milyon kub metr təbii qaz qəbul olunub, onun 13,4 milyon kubmetri satılıb. Qazın 13,1 mlyon kubmetri əhali abonentlərə, 0,3 milyon kubmetri qeyri əhaliyə satılıb. Əhaliyə satılmış təbii qazın məcburi köçkünlər də daxil olmaqla ödənişi 67,3 faiz, güzəştsiz əhaliyə satılmış qazın dəyərinin ödənilməsi 94,4 faiz təşkil edib.Qeyri əhaliyə satılmış təbii qazın dəyərinin ödənilməsi isə 40,2 faiz təşkil edib.

Ümumilikdə  birinci rübdə təbii qazın dəyərinin ödənilməsi 66,6 faiz olub.

Əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər görülüb. Cari ilin 3 ayında  məcburi köçkün qəsəbələrində 2250 metr yeni su xətti çəkilib, 34 ədəd su nasosu, 6 ədəd transformator və 1500 metr su xətti təmir olunub. Suvarma suyuna olan təlabatın ödənilməsi üçün bu ilin 3 ayında 142 ədəd subartezian quyusunda nasos, 40 ədəd şkaf təmir olunub, Xındırıstan, Əfətli, Qərvənd, Alıbəyli, Çəmənli, Əhmədağalı kəndlərində və Quzanlı qəsəbəsində lildən təmizləmə işləri aparılıb, Qərvənd və Əfətli kəndləri ərazisində Xaçın və Qarqar çaylarında bəndlər vurulub. Görülən tədbirlər nəticəsində başdan 11,1 milyon kub metr su götürülərək istehlakçılara ayrıcda 9,1 milyon kub metr su verilib, rayon üzrə 8875 hektar sahənin suvarılması təmin olunub.

Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilib, Quzanlı köçkün qəsəbəsində internet 32 port artırılıb, 20 ədəd telefon çəkilib, Quzanlı qəsəbəsində, İmamqulubəyli, Birinci Baharlı, Qasımbəyli qəsəbələrində texniki işlər aparılıb. 2015-ci ilin 3 ayının əhaliyə göstərilən poçt xidməti tapşırığı 120 faiz yerinə yetirib.

Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və suvarma suyu ilə təminatı üçün vacib məsələlərdən biri də göstərilən xidmətlərin dəyərinin ödənilməsidir. Bunun üçün Rayon İcra Hakimiyyəti cari ilin üç ayında bir sıra tədbirlər görüb, müzakirələr  aparmış, yol verilən nöqsanların aradan qaldırılması üçün lazımi tövsiyyələr verib. Lakin, bu sahədə nöqsanlar  davam etməkdədir.

Göstərilən xidmətlərin dəyərinin ödənilməsində həmin təşkilatların rəhbərləri bilavasitə məsuliyyət daşıyırlar. Anacaq ayrı-ayrı inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin də bu işə lazımi diqqət ayırmadıqları qeyd olunmalıdır. Belə ki, elektrik enerjisinin dəyərinin ödənilməsi sahəsində İmamqulubəyli, Xındırıstan, Əfətli, Çəmənli, Qaradağlı, təbii qazın dəyərinin ödənilməsi sahəsində Çəmənli, Qaradağlı, Əfətli, Xındırıstan, Birinci Dördyol, Quzanlı köçkün, Bənövşələr, Birinci Baharlı, Birinci Alıbəyli, Suvarma suyunun dəyərinin ödənilməsi sahəsində Ergi, Xındırıstan, Üçoğlan, Qaradağlı, Çəmənli, Telekommunikasiya xidmətinin dəyərinin ödənilməsi sahəsində Qaradağlı, Zəngişalı, Quzanlı inzibati ərazi dairələri üzrə nümayəndəliklərində işlər daha pisdir.

Xidmət təşkilatlarının rəhbərlərinə, inzibati ərazi dairələri üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə göstərilən xidmətlərin dəyərinin  ödənilməsinə ciddi yanaşmalarını tələb edilib və bu sahədə dönüş yaratmayan rəhbər işçilər haqqında lazımi tədbir görəcəyi bildirilib.

Tarix
7 İyul 2015 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin