Ana səhifə
15 Noyabr 2018

Gənc xanəndə od püskürdü

“Öncə oxumağı öyrənsinlər, sonra da səhnə mədəniyyətini”

 

 

 

Özlərindən deyən, heç kimi bəyənməyən, “bir nömrəli müğənni mənəm və ya filankəsdən sonra ikinci mənəm, məndən yoxdur” deyən bəzi sənətdən bixəbər “sənətçilər”, bəzi şou-biznes müğənniləri yaxşı olardı ki, öncə oxumağı öyrənsinlər, sonra da səhnə mədəniyyətini. Bunu gün.az-a gənc və sevilən xanəndə, Dövlət Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov xüsusilə, son illər əksər şou-biznes müğənnilərinin özlərini korifey sənətkarlarla bir səviyyədə tutması və hətta, bəzən özlərini onlardan yüksək tutmasına, həmçinin, özlərini bir və ya iki nömrəli sənətçi saymaları haqda iddialarına münasibətini bildirərkən dilə gətirib.

Tanınmış xanəndə əslində belələri haqqında danışmağı da artıq, lazımsız bilir. “Belələri haqda nə danışasan, axı?! Onlar ilk öncə oxumağı, özlərini səhnədə necə aparmağı öyrənsinlər, sonra sənətdən, sənətkarlardan, korifeylərdən danışsınlar. Belələri haqqında atalarımızın gözəl bir sözü var- utanmasan oynamağa nə var?!” - deyə, E.Zeynalov daha sonra sözlərinə əlavə edib.

Tarix
7 İyul 2015 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin