Ana səhifə
22 Sentyabr 2018

Yay uzanacaq, qış qısalacaq

Azərbaycanda yaxın 50 ildə orta illik temperatur 2 dərəcə artacaq

 

 

Azərbaycanda yay fəslinin müddəti uzanacaq, qış fəslinin müddəti isə qısalacaq. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, dünyanın iqlim məlumatlarının toplanması ilə məşğul olan mərkəzlərin iqlim ssenarilərinə əsasən, Azərbaycanda yaxın 50 ilə qədər olan müddətdə orta illik temperaturun 2 dərəcə artacağı gözlənilir. Bu rəqəm kiçik hesab edilə bilməz. XX əsrdən əvvəlki min il ərzində bütün dünyada havanın temperaturu 1,5 dərəcə yüksəldiyi halda, çox da uzun olmayan dövr ərzində - XX əsrin 50-ci illərindən XX əsrin sonuna kimi havanın orta illik temperaturu 0,6 dərəcə yüksəlib. Artıq Azərbaycanda 1960-cı ildən 2000-ci ilə kimi orta illik temperatur 0,2-0,7 dərəcə yüksəlib. Bu artım davam edəcəyi təqdirdə və temperaturun 2 dərəcə artması barədə proqnozlar özünü doğrultduqda isə Azərbaycanda keçid fəsillərin müddətləri dəyişməsə də, qışın müddəti azalacaq, yayın müddəti daha da artacaq. Yayın müddəti 15-20 gün arta bilər ki, bunun da nəticəsində yay sentyabrın sonu, oktyabrın əvvəllərinə qədər davam edə bilər. Yayın müddətinin artması daha çox dəniz səviyyəsindən 1000 metrə qədər yüksək olan ərazilərdə müşahidə ediləcək.

Tarix
24 Oktyabr 2014 [07:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin