87-ci teatr mövsümü Tovuz rayonunda yekunlaşdı... - FOTOSESSİYA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vuraraq  geri dönüb. Qastrol səfəri iyul ayının 4-dən start götürərək Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarında çox böyük uğurla davam etdirilib. 

 

 

 

Yaradıcı heyət sözügedən bölgələrdə Azərbaycan Milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası ilə çıxış edib.

 

Beləliklə, Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.

 

Mövsümün bağlanış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının nümayəndələri ilə bərabər, Tovuz rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, qabaqcıl mədəniyyət, səhiyyə, təhsil işçiləri və ziyalılar iştirak etmişlər.

 

Rayon ictimaiyyəti adından çıxış edənlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayaraq, ölkənin aparıcı teatrına özünün 87-ci mövsümünə məhz Tovuz rayonunda yekun vurduğuna görə rayon ziyalıları adından təşəkkürlərini bildirmişlər. 

 

Məlumat üçün bildirək ki, qastrol səfəri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.

 

                                                                                  

 

 

Xəyal

Tarix
7 İyul [14:20]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Kuklaçılar “Pişiyin evi”ni qurur

Azərbaycanda Tatarıstan mətbəxi günü keçiriləcək

Tədbirin proqramına Tatarıstanın ənənəvi un məmulatlarının hazırlanması üzrə master-klass, Tuqan tel ansamblının konsert nömrəsi daxildir

Gənc Tamaşaçılar Teatrı beynəlxalq qastrollara hazırlaşır

Mövsümün ən yaxşıları yeni “Sima” ilə mükafatlandırılacaqlar

Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb

Kinoteatrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub

“Hasarın o üzü” tamaşası növbəti dəfə səhnədə

Kukla Teatrında balacalar üçün yeni tamaşa- "Turp"

"Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub

"Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub

“Ər quyusu” filminin Nizami Kino Mərkəzində nümayişi olacaq

Mərhum aktrisa yad edilib

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.