Ana səhifə
25 Sentyabr 2018

ABŞ-dan Ukrayna xalqına çağırış

Birləşmiş Ştatlar bütün ukraynalıları qarşıdakı parlament seçkilərində səs verməyə çağırıb. Çağırış Ukraynanın şərqində yaraqlıların nəzarətində olan ərazilərə, Rusiyaya anneksiya edilmiş Krım yarımadasına da aiddir.

Ucnoqta.az azadliq.org-a istinadla xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Jen Psaki həftə sonu keçiriləcək seçkini Ukrayna üçün “daha bir hədəf” adlandırıb. Psaki deyib ki, Birləşmiş Ştatlar seçkiyə “hər hansı müdaxiləni qətiyyətlə pisləyir”.

Ukraynanın şərqi Donetsk və Luqansk vilayətlərində rusiyayönlü yaraqlılar noyabrda ayrıca seçki keçirəcəklərini bəyan ediblər. Ancaq Psaki deyib ki, Ukraynada “yeganə qanuni seçki” oktyabrın 25-də, əlavə seçki isə dekabrın 27-də olacaq. Psaki-nin sözlərinə görə, Vaşinqton “korrupsiya ilə mübarizə, islahatların irəli aparılması və ölkənin şərqində münaqişənin dinc həlli üçün Ukraynanın yeni parlamenti ilə işləməyə hazırdır”.

 

Tarix
24 Oktyabr 2014 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin