Xankəndi poçtuna bank lisenziyası verilib

09:52 - 25 Noyabr 2024 - ÖLKƏ İÇİ

Mərkəzi Bank (AMB) “Azərpoçt” MMC-nin Xankəndi filialına bu ilin noyabrın 18-də bank fəaliyyəti lisenziyası verib.

Ucnoqta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla da bank lisenziyası almış poçt filiallarının sayı 37-dən 38-ə çatıb.

Qeyd edək ki, sözügedən filial Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir.

Xəbər xətti