Ana səhifə
18 Noyabr 2018

Avtomobil piyadanı vuraraq öldürdü - Bakıda

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Ucnoqta.azxəbər verir ki, Heydər Əliyev prospekti ilə Keşlə qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Təxminən 40-45 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Sərxoş olduğu bildirilən piyadanın üzərindən heç bir sənəd tapılmayıb. Adı açıqlanmayan sürücü isə Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

 

Qeyd edək ki, hadisə yerindən bir qədər aralıda yeraltı piyada keçidi olsa da, piyada yolu keçmək üçün keçiddən istifadə etməyib.

 

Faktla əlaqədar Nərimanov Rayon Polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.(APA)

 

Tarix
24 Oktyabr 2014 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin