Ana səhifə
16 Noyabr 2018

Tanınmışlar arasında ən şanslı xanım kimdir?

Aybəniz Haşımova: «Özümü çox şanslı hesab edirəm»

 

Firuzə İbadova: «Həyatda demək olmaz ki, şansız insanam»

 

Təranə Səmədova : “Mənə o şansı həyat gətirib”

 

Xuraman Şuşalı: «Şou-biznes insanı sənətdən ayırır»

 

 

Hər insana həyatda və ya çalışdığı sahədə şanslı olmaq nəsib olmur. Şanslı hər kəsi bir cür yaxalayır. Gəlin görək bizim tanınmışlar sənətlərində və şəxsi həyatlarında özlərini şanslı hesab edirlərmi? “Üç nöqtə”nin sorğusuna qatılan əməkdar artist Aybəniz Haşımova sənətdə və həyatda şanslı insan olduğunu bildirdi: “Özümü çox şanslı hesab edirəm. Səhnəyə gələn gündən tamaşaçı sevgisi qazandım. Məni yaşadan tamaşaçıların sevgisidir. Həyatda və səşnədə şanslı insanam”.

 

 

                                   Firuzə İbadova

 

 

Əməkdar artist Firuzə İbadova da özünü həyatda və sənətdə şanslı hesab edir: “Şanslıyam. Həyatda demək olmaz ki, şansız insanam. Çünki övladlarım var. Tək qadın da olsam, yarım olmasa da, övladlarım bunların hamısını mənə yaşadır. Sənətdə isə o xoşbəxtlərdənəm ki, böyük sənətkarların xeyir-duası ilə bu sənətə gəlmişəm. Bundan gözəl nə ola bilər? Şükür, məni sevən tamaşaçılarım var”. 

 

 

                      Təranə Səmədova

 

 

Prodüser-aparıcı Təranə Səmədova da şanslı olduğunu bildirdi: “Sənətimdə uğular əldə etmişəm. Amma uğurları məqsədli şəkildə planlaşdırmamışam. Mənə o şansı həyat gətirib. Tələbatlı bir insanam. Ətrafdan maraq doğururam, ictimailəşmişəm. Heç vaxt gələcəkdə tanınmış olmağı fikirləşməmişəm. Biri var tanınmaq üçün məqsədim olsun, biri də var, həyat tanınmağı sənə qismət etsin. Yetərincə şanslı bir insanam. Həyatda da artıq özümü şanslı hesab edirəm”.

 

 

                             Xuraman Şuşalı

 

 

Müğənni Xuraman Şuşalı isə dedi ki, həyatda da, sənətdə də özünü şanslı hesab edir: «Allahıma şükürlər olsun, hər ikisində özümü şanslı sayıram. Biz Şuşada olarkən xor dərnəyində iştirak etdim. Sonra “Şuşa” xorunun solisti oldum. Eləcə də “Bənövşə” uşaqlarının solisti olmuşam. İncəsənət gimnaziyasında tamaşada oynamışam. O tamaşa “Qızıl fond”da saxlanılır. Düşünürəm ki, əvvəlki addımlarım uğurlu olub. Amma şou-biznesə qatılmağım bir az işimə mane olub. Şou-biznes insanı sənətdən ayırır. Başın şouya qarışır və sənətdən uzaqlaşırsan. İnşallah ki, sözüm qalmaqala çevrilməz».

Hazırda ana olmağa hazırlaşan müğənni bildirdi ki, hamiləliyinin sonuncu aylarındadı: “10 aylıq hamiləyəm. Çox az qalıb. Ana olduqdan sonra Allahın köməyi ilə sənətimdə mütləq yeniliklər olacaq”.

Türkiyə-şou biznesinə qatılmaq istəməyən ifaçı bildirdi ki, belə bir arzusu yoxdur: “Qəti şəkildə bildirirəm ki, heç vaxt Türkiyə şou-biznesinə qatılmaq istəmirəm. Birincisi o janrda oxumuram. İkincisi oraya xərclənən pulları hədər bilirəm. Türklər daha çox öz millətlərinə üstünlük verirlər. Əsas odur ki, Allahın yanında tanınaq və hörmətimiz olsun. O şeylərə boş baxıram. Amma Türkiyə şou-biznesinə qatılmaq istəyənlərə pis baxmıram. Həvəsi var gedir. Amma mənim elə bir arzum yoxdur”.

 

Rəqsanə

Tarix
24 Oktyabr 2014 [10:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin