Ana səhifə
17 Noyabr 2018

Astarada yol tikintisinə diqqət artıb

Hətta ən ucqar kəndlərdə belə geniş abadlıq və quruculuq işləri aparılıb

 

 

 

Astara rayonu ölkənin əsas kənd təsərrüfatı rayonlarından biridir. 2015-ci ilin birinci rübündə rayonda 2339 ha yaz əkini keçirilib. Rüb ərzində mal-qara arasında qrafikə uyğun vaksinasiya aparılıb, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaq məqsədilə vaxtında profilaktik tədbirlər həyata keçirilib. Rayonun Sım kənd tam orta məktəbi üçün 180 şagird yerlik, Artupa kənd tam orta məktəbi üçün 360 şagird yerlik məktəb binalarının tikintisinə başlanıb. Hər iki məktəb binalarının tikintisi davam etdirilir. Rayonda əhalinin sağlamlığı da həmişə diqqət mərkəzində olub.Astara rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Əhalinin dövrü  Hesabat dövrü ərzində rayonun bütün yaşayış məntəqələrinin ərazisində yerləşən müəssisələrdə, ümumtəhsil məktəblərində 53 min 153 nəfərin müayinədən keçirilməsi təmin edilib. Qeyd edək ki, Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işləri başa çatdırılıb.  Mədəniyyət sahəsində də görülən işlər də uğurlu olub. Mədəniyyət müəssisələrində 20 yanvar faciəsinin il dönümü, Xocalı soyqırımı, Azərbaycanlıların soyqırımı günü ilə bağlı rəsm və sərgilər, “Tariximizin qan yaddaşı” mövzusunda elmi-praktik konfranslar, məruzə və mühazirələr təşkil olunub. Mart ayının 19-da Bakı şəhərində ölkə Prezidentinin iştirak etdiyi Novruz bayramı şənliklərində rayonun mədəniyyət işçiləri müvəffəqiyyətlə çıxış ediblər. İdman sahəsində də önəmli işlər görülüb. Astara Boks Mərkəzi, şəhərin mərkəzində 9 mərtəbəli və sərhədçilər üçün 6 mərtəbəli yaşayış binaları inşa edilib, İdmançıların birinci rübdə çıxışları da sevindiricidir. Rayonda  gənclərlə iş və idman sahəsində  39 tədbir keçirilib, bu tədbirlərdə 4450 nəfər gənclərin və idmançıların iştirakı təmin edilib. İdmançılarımız respublika səviyyəli və beynəlxalq yarışlarda 34 medal qazanıblar. Onlardan 16 qızıl, 10 gümüş və 8 bürünc medallardır. 

İnfrastruktur sahəsində görülən işlər də diqqət çəkir. Birinci rübdə otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 13.5 km olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və uzunluğu 4 km olan Siyaku-Rinə avtomobil yollarının tikintisi və asfaltlaşdırılması başa çatdırılıb, On iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi  və asfaltlaşdırılması başa çatdırılıb, şəhərin  dəniz sahili boyu 8 hektar ərazidə Park-bulvar və çimərlik,  tikilərək istifadəyə verilib, "Astaraçay” MMC üçün çay emalı fabriki inşa edilib.  Kijəbə qəsəbəsində Heydər Əliyev parkı salınıb. Bundan başqa, 50 km-dən artıq kəndlərarası yol asfaltlaşdırılıb, ayrı-ayrı yaşayış məntəqələrində 11 körpü qoyulub. Rayon Maliyyə idarəsi və 10-dan çox məktəb üçün yeni binalar tikilərək istifadəyə verilib. Rayon mərkəzi də daxil olmaqla 35 yaşayış məntəqəsi qazlaşdırılıb, elektrik təsərrüfatında təmir işləri aparılıbş, yeni transformatorlar qoyulub, əhali dayanıqlı elektrik enerjisi ilə təmin olunub.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verib. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanıb.  Məsələn, ötən ay müalicəvi suları ilə məşhur olan İstisu yaxınlığında yerləşən Səncərədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəndəsər yaşayış məntəqəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin səyyar qəbulu və görüşü keçirilib. İcra nümayəndəsi Zaur Həsənov çıxış edərək 35 təsərrüfatı və 200 nəfərə yaxın əhalisi olan Bəndəsər yaşayış məntəqəsində son aylarda görülən işlər barədə məlumat verib. Ucqar ərazidə yerləşməsinə baxmayaraq bu yaşayış məntəqəsinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Ərazidə Su Elektrik  Stansiyasının tikintisinin aparılması xeyli kənd sakininin işlə təmin olunmasına şərait yaradıb.  Bəndəsər sakinlərindən Barat İmaməliyev, Xanış Bayramov, Elman Əliyev, Heybət Şiriyev, Solmaz Məcidova, Şahüseyn Əhədov, Hədiqə Əliyeva, Nuridə Eyvazova, Aynur Eyvazova və başqaları çıxış edərək ucqar ərazidə yerləşən yaşayış məntəqəsinin sakinləri ilə görüşə gəldiyinə görə icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki paytaxt və iri şəhərlərdə, hətta ən ucqar əyalətlərdə belə geniş abadlıq və quruculuq işləri aparıldığını vurğulayıblar. Nümayəndəliyin ərazisində - Artupa kəndində yeni məktəb binası, Səncərədi kəndində uşaq bağçası, Züngüləş kəndində Su Elektrik Stansiyası tikilir. Bəndəsər əhalisi əvvəllər təsəvvürünə belə gətirməzdi ki, bu əraziyə təbii qaz xətti çəkilə bilər. Əvvəlki səyyar qəbulda qaldırılan bu təklif qısa müddətdə rayon rəhbərliyi tərəfindən icra edildi. İndi kənd əhalisi təbii qazdan istifadə edir. Çıxış edənlər bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə bütün sakinlər adından minnətdarlıqlarını və hədsiz məhəbbətlərini diqqətə çatdırıblar. Səyyar qəbulda çıxış edənlər ərazidə əhalinin istifadə etdiyi körpünün və yolun təmiri, pay torpaqlarının yerinin dəqiqləşdirilməsi, Bəndəsər yaşayış məntəqəsinə qədər avtobus marşrutunun açılması, sosial yardım və digər məsələlərin həllinə kömək göstərilməsi barədə təkliflər irəli sürüblər.

Aydındır ki, rayonun qarşısında daha böyük vəzifələr durur. Bu barədə Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev danışarkən bildirib. O, təbiətin gözəl guşəsində yerləşən bu yaşayış məntəqəsində heyvandarlığın, sitrusçuluq və arıçılığın inkişafı sahəsində kənd sakinlərinin qazandığı uğurlardan razılığını ifadə edib. Ötən səyyar qəbuldan sonra Bəndəsər əhalisinin təbii qazla təmin olunması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırdığını və icrası üçün konkret tədbirlər görüldüyünü diqqətə çatdırıb. Körpünün təmiri və avtobus marşrutunun açılması, digər mövcud problemlərin həlli istiqamətində konkret tədbirlər görüləcəyini bildirib. İcra başçısı Qəzənfər Ağayev səyyar qəbul görüşdən sonra İstisu ərazisində tikilən Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. Bütün bunların gələcəkdə də rayonda nəhəng layihələrin həyata keçirilməsi ümidini bir daha gerçəkləşdirdiyini qeyd edən İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırıb. Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri, park-bulvarın ərazisinin genişləndirilməsi, yeni yaşayış kompleksinin salınması idman qurğularının quraşdırılması, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, Burzubənd, Ojakəran, Tüləküvan, Marzəsəy kəndlərinə qaz xəttinin çəkilməsi ilə qazlaşdırmanın 80 %-ə çatdırılması, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsinin təşkili, kooperasiyaların yaradılması qarşıda duran əsas vəzifələrdir. İcra başçısı bildirib ki, rayonun daha da abadlaşması, əhalinin rifah halının yaxşılaşdırılması naminə nəzərdə tutulan layihələrin həyata keçirilməsinə birgə səy göstərməli, qurub-yaradılanları isə göz bəbəyi kimi qorumaq, hər birimizin vətəndaşlıq borcu və əsas vəzifəsi olmalıdır.

Tarix
6 İyul 2015 [20:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin