Ana səhifə
14 Noyabr 2018

Millət vəkilindən qələbə sevinci

“İnşallah, bu cür oyunları Dağlıq Qarabağda da keçirəcəyik!”

 

 

Bu gün Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” futbol klubu kiçikdən-böyüyə hamını sevindirib.

 

Ucnoqta.az” xəbər verir ki, “Dnepr” - “Qarabağ” oyunundan əvvəl, oyun zamanı və oyundan sonra sosial şəbəkədə çox sayda post (status) və tvitlər yazılıb.

 

Qələbə sevincini yazanlardan biri də millət vəkili Qənirə Paşayeva olub. O, sosial şəbəkədə yazdığı postda komanda və komanda çalışdırıcısına arzu və təbrikini çatdırıb: “Təbriklər, “Qarabağ”! İnşallah, yaxın zamanlarda bu cür oyunları Dağlıq Qarabağda da keçirəcəyik! Ukraynadkı qalibiyyətlə hamımızı sevindirdin. Hər zaman yanındayıq, əziz “Qarabağ”!”

 

Sonda millət vəkili Q.Paşayeva oyunçulara və “qarabağ”ın baş məşqçisi Qurban Qurbanova xüsusi təbrik və təşəkkürünü bildirib.

 

Onu da qeyd edək ki, “#Qarabağ” Azərbaycanlı internet istifadəçilərinin gün ərzində ən çox istifadə etdiyi heşteqlərdən biri oldu.

Tarix
24 Oktyabr 2014 [08:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin