ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə axşamı, noyabrın 10-da Rusiya lideri Vladimir Putinə zəng edərək onu Ukraynadakı münaqişəni gərginləşdirməməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Tramp və Putin həmçinin “Avropa qitəsində sülhün əldə edilməsi imkanlarını müzakirə ediblər.
Mənbələrin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün Rusiya lideri ilə sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.