Ana səhifə
19 Sentyabr 2018

Murad Aşurlu ABŞ-da dəfn olunacaq- VİDEO

Himalay dağlarında həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun cənazəsi tapıldı.

 

 

Ucnoqta.az” xəbər verir ki, ANS TV-nin məlumatına görə, Murad Aşurlu ekspedisiya qrupu ilə birlikdə alpinstlər arasında məşhur olan 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən həlak olub. Həmyerlimizin ölümünə səbəb isə onu qoruyan kəndirin qırılması olub. Bu səbəbdən də 400 metr yüksəklikdən qayaların üstünə çırpılan alpinsti hava şəraiti pis olduğundan həmin gün tapmaq mümkün olmayıb.

 

Son məlumatlara görə, isə Murad Aşurlunun meyiti tapılaraq xilasedici helikopter vasitəsilə Nepalın paytaxtı Katmanduya gətirilib. Murad Aşurlunun əmisi oğlu Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da hazırda Nepaldadır. Federasiya prezidenti ANS-ə açıqlamasında alpinistin dəfn edilmək üçün Amerika Birləşmiş Ştatlarına aparılacığını dedi. Çünki, 42 yaşlı Murad Aşurlu uzun illərdir Birləşmiş Ştatlarda ailəsi qohumları ilə birgə yaşayaraq oranın vətəndaşı olub.

 

1972-ci ildə Bakıda doğulan Murad Aşurlu təhsilini Moskvada alsa da, sonradan Birləşmiş Ştatlarda aparıcı telekommunikasiya şirkətlərindən birində çalışıb. 5 ildir Azərbaycan Alpinizm Federesasiyasının üzvü olan həmyerlimiz həlak olana qədər 40 zirvəni fəth edib. O, 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan Makkinli, Pamir dağlarında 7-dən çox zirvəni, Qafqazda Elburusu və s.

 

2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edib. Bununla da o Everesti zəbt etmiş üçüncü Azərbaycanlı alpinist olub. Fəth etdiyi bütün zirvələrə isə Azərbaycanın 3 rəngli bayrağını sancıb.

Tarix
24 Oktyabr 2014 [00:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin