Ana səhifə
15 Noyabr 2018

Anasını boğub öldürən oğlandan xəbər var

Bu gün Xırdalanda baş verən qətlin təfərrüatları bəlli olub.

 

 

Ucnoqta.az” vesti.az-a istinadən xəbər verir ki, qətl hadisəsi Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli yeni yaşayış binasının 11-ci mərtəbəsində baş verib.

 

Günün qurbanı olan 1971-ci il təvəllüdül Qurbanova Fatimə Oruc qızı öz oğlu, Rusiya vətəndaşı Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə qətli törədəndən sonra dərhal poli idarəsinə gedərək təslim olub.

 

Məlumata görə, H.Nağızadə Sankt-Peterburq şəhərində yaşayır və Bakıya da təxminən bir ay öncə tətilə gəlibmiş.

 

H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb. Hümbət deyib ki, Qafqaz Universitetində oxuyan kiçik qardaşı onunla söhbətində anasından başqa kişilərlə oturub-durmasından şübhələndiyini deyib.

 

Lakin Hümbət Nağızadə müstəntiqlərin ona ünvanladığı “sizin və qardaşınızın bu şübhələri düz çıxdımı” sualına “yox” deyə cavab verib. O deyib ki, anası günahsız olduğunu bildirib.

 

Buna baxmayaraq gənc oğlan anasına inanmayıb və onu boğaraq qətlə yetirib.

 

“Öldürülən qadının əri Elşən Nağzadə iki il bundan əvvəl vəfat edib. Fatimə Qurbanova yüngül əxlaqlı qadına oxşamayıb. Heç qonşuları da onun haqqında pis heç nə demirdilər. Deyirdilər ki, başıaşaağı aqdındır. Amma sadəcə yalnız quru şübhə qətllə nəticələnib” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

Onu da bildirək ki, mərhumə F.Qurbanova üç uşaq anası olub. Onun ən kiçik uşağı qızdır.

Tarix
23 Oktyabr 2014 [23:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin