Ana səhifə
22 Noyabr 2018

Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşməkdən imtina etdi

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Ucnoqta.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın iki üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (91+ kq) ¼ finala qələbə qazanmaqla, ən azı, yarışın bürünc medallarını özlərinə təmin ediblər. M.Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

M. Tahirov isə ¼ finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq Ermənistan boksçusu rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib. Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

 

Tarix
23 Oktyabr 2014 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin