Ana səhifə
19 Avqust 2018

“Space”in yayımı dayandırıla bilər - MTRŞ

“Space” televizisının yayımı dayandırıla bilər.

 

 

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

 

Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:

 

“Biz “Space” telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq”.

 

Gələn həftə kanalla bağlı ciddi tədbirlər görüləcəyini deyən T. Məmmədovun sözlərinə görə, cəza MTRŞ-nın iclasında verilən qərardan asılıdır:

 

“Gələn həftə MTRŞ-da üzvlərin iştirakı ilə iclas keçiriləcək. Ciddi tədbir iclasda veriləcək qərardan asılıdır. Qərardan asılı olaraq bu cərimə, xəbərdarlıq, proqramın  yayımının dayandırılması və ya ümumi yayımın dayandırılması da ola bilər”.

 

Qeyd edək ki, bir neçə gün öncə kanalda yayımlanan “Günaydın” verilişində  baş verən qalmaqaldan sonra MTRŞ sədri Nuşirəvan Məhərrəmli telekanal rəhbərliyi ilə görüşərək rəhbərliyin üzr istəyib məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verdiyini desə də, sözügedən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

 

Bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində isə verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib.(publika.az)

Tarix
3 İyul 2015 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin