Ana səhifə
17 Noyabr 2018

9 aya 23 minə yaxın işsizə iş verilib

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 22 700 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu dövrdə 1297 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Ucnoqta.azxəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən hesabat dövründə 3143 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir.

Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

 

Tarix
23 Oktyabr 2014 [18:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin