Ana səhifə
24 Sentyabr 2018

Əskişəhər valisi BDU-da - FOTO

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Əskişəhər valisi Güngör Əzim Tunanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Rektor qonağa universitet barədə ətraflı məlumat verib, elm və təhsil sahəsindəki fəaliyyətindən, beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Qonaq Güngör Əzim öz növbəsində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından, Azərbaycanda və onun ən qocaman təhsil ocağında olmasından məmnunluğunu ifadə edib. Universitetin bir sıra laboratoriya və mərkəzləri ilə tanış olan qonaq, eyni zamanda, Yunis Əmrə Mərkəzində olub. Sonda nümayəndə heyətilə şəkil çəkdirilib, qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

 

BDU-nun Mətbuat və informasiya şöbəsi

Tarix
23 Oktyabr 2014 [23:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin