Ana səhifə
18 Sentyabr 2018

Alim Qasımov Avropa Oyunlarına həsr olunmuş filmə çəkilir

Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının maraqlı məqamları müxtəlif ölkə kinematoqrafçılarının filmlərində böyük ekranlara gətiriləcək.

 

 

 

Ucnoqta.az AzərTac-a istinadən xəbər verir ki, oyunlardakı səmimi mühit, xoş əhval-ruhiyyə ilə yanaşı, ev sahibi olan ölkəmizin zəngin mədəni irsi də kinematoqrafçıların diqqətini cəlb edir.

 

Mədəniyyət və Turizm Nazirliyinin "Dublyaj" studiyasında dövlət sifarişi ilə çəkilən "Bakı-Avropa Oyunları 2015" tammetrajlı sənədli filmində yer alan rollardan birini də Azərbaycanın xalq artisti Alim Qasımov canlandıracaq.

 

Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Natalya Zavoznenko ölkəmizin ev sahibliyi etdiyi bu idman bayramını ilk gündən diqqətlə müşahidə ediblər. Yaradıcı heyətin məqsədi Azərbaycanın dünyaya bəxş etdiyi möhtəşəm idman hadisəsi çərçivəsində milli adət-ənənələr, mədəni dəyərlərin sintezini ekrana gətirməkdir.

Tarix
3 İyul 2015 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin