Ana səhifə
16 Noyabr 2018

Gürcüstan visa qaydalarını dəyişdi

Ucnoqta.az xəbər verir ki, Gürcüstanda xarici vətəndaşların hüquqi vəziyyəti haqqında qanuna dəyişikliklər edilib. Trend-in məlumatına görə, söhbət parlamentin martda qəbul etdiyi və sentyabrda qüvvəyə minən qanundan gedir.

Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin sözlərinə görə, dəyişikliklər tənzimləmələrin tətbiqindən sonra yaranmış problemlərin tez və asan həlli imkanını nəzərdə tutur.

Nazir deyib ki, qanun Gürcüstanda 180 gündən artıq müddətə qalmaq istəyən xarici ölkə vətəndaşlarını xüsusi vizalar və ya yaşama hüququ almağa məcbur edir: "Onların bunun üçün kifayət qədər vaxtı olub, lakin çoxları zəruri tədbilər görməyib və yekunda çətin vəziyyətdə qalıblar. Yaranan çətinlikləri nizamlamaq üçün onlara Gürcüstanda, Xarici İşlər Nazirliyində viza almaq və ya Ədliyyə Nazirliyindən yaşama hüququ almaq imkanı təqdim olunur".

Dəyişikliklər, həmçinin digər ölkələrin vətəndaşları olan gürcü mühacirlərə viza almaq zərurətindən azad edən yaşamaq üçün xüsusi icazənin verilməsini nəzərdə tutur.

Xanım T.Tsulukiani qeyd edib ki, bu sənədi alarkən bürokratik çətinliklər olmayacaq və olduqca asan prosedurla həyata keçiriləcək.

Yük avtomobili sürücüləri ilə bağlı da bəzi dəyişikliklər edilib. Onlar üçün tranzit vizaları 5-dən 10 günədək artırılır.

Nazir bəyan edib ki, turizmə gəlincə, bu baxımdan heç nə dəyişmir: "Gürcüstanın əsas turizm tərəfdaşları olan ölkələrlə ildə 180 günə qədər müddətdə vizasız rejim qüvvədədir".

 

Tarix
23 Oktyabr 2014 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin