Ana səhifə
23 İyul 2018

Mərkəzi Bank şok rəqəm açıqladı - 1 milyard manat!

Müştərilər tərəfindən banklara qaytarılmayan kreditlərin həcmi rekrod səviyyəyə çatıb. 


 

 

Ucnoqta.az ” “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 1-nə olan məlumatına görə, problemli kreditlərin həcmi 938,8 milyon manatdır. 17,3 milyard manatdıq kredit portfelinin 5,4 faizini təşkil edir ki, bu da ötən aya nisbətən 0,1 faiz artıb. Beləliklə, hər 18 manatlıq kreditin 1 manatı qaytarılmayan borcdur. Və ya son doqquz ay (yanvarın 1-sentyabrın 1-nə olan məlumata əsasən) ərzində vaxtı keçmiş kreditlər 146 milyon manat olmaqla, qlobal maliyyə böhranından sonra ən yüksək göstərici  sayıla bilər. Halbuki, ötən il bu artım tempi cəmi 29 milyon manat təşkil edib. Amma cari ildə təkcə son iyul-avqust aylarının göstəricisnə görə, əhalinin banklara olan borclarının həcmi bir ayda 38,7 milyon manat yüksəlib. Ümumi kredit portfelində bütün məhdudiyyətlərə baxmayaraq, yenə də əsas üstünlük istehlak kreditləri təşkil edir. Belə ki, bü cür kreditlər portfeldə 41 faiz təşkil edib. Beləliklə, portfeldə kredit qoyuluşları aşağıdakı kimi bölünür:

Ticarət və xidmət sektoruna 2,4 milyard manat və ya 14,4 faiz

Energetika, kimya və təbii ehtiyatlar sektoruna 225,1 milyon və ya 1.3 faiz

Kənd təsərrüfatı və emalına 786,4 milyon və 4.5 faiz

İnşaat və əmlaka 2,3 milyard və ya 13.7 faiz

Sənaye və istehsal sektoruna 2 milyard və ya 11.6 faiz

Nəqliyyat və rabitə - 586,5 milyon və ya 3.4 faiz

Ev təsərrüfatına (istehlak kreditləri) 7,1 milyard və ya 41 faiz

Qeyd edək ki, ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkə banklarına qarşı avtomobil və istehlak kreditlərinin verilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Qurumun belə bir tələb irəli sürməsinin başlıca səbəblərindən biri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, problemli kreditlərin artması idi. AMB narahat edən məsələ kredit portfelində istehlak kreditlərinin riskli həddə çatmasıdır. Amma qaydaların sərtləşdirilməsi problemin həllinə deyil, daha da ağırlaşmasına gətirib çıxarıb. Mərkəzi Banknı statistik bülliteninə əsasən, zərərlə işləyən banklarnı sayında dəyişiklik baş verməyib. Belə ki, hazırda onların sayı 8-dir. Ləğv etmə ərəfəsində olan bankların sayı isə 5 göstərilir. 

 

Tarix
4 Oktyabr 2014 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin