Bu gün UEFA Millətlər Liqasında növbəti görüşünü keçirəcək Azərbaycan millisi Slovakiya yığması ilə üz-üzə gələcək.
Ucnoqta.az xəbər verir ki, IV turun ikinci oyun günündə daha 10 oyun keçiriləcək.
Belə ki, Belçika Fransa ilə, Bosniya və Herseqovina Macarıstanla, Almaniya Niderlandla, İtaliya İsraillə, İslandiya Türkiyə ilə, Ukrayna Çexiya ilə, Uels Monteneqro ilə, Estoniya isə İsveçlə Bakı vaxtı ilə saat 22:45-də qarşılaşacaq.
Gürcüstan-Albaniya, Azərbaycan-Slovakiya görüşləri isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, IV turun oyunlarına oktyabrın 15-də yekun vurulacaq.
14 oktyabr
UEFA Millətlər Liqası
IV tur
Saat 20:00, Azərbaycan - Slovakiya
Saat 20:00, Gürcüstan - Albaniya
Saat 22:45, Belçika - Fransa
Saat 22:45, Bosniya və Herseqovina - Macarıstan
Saat 22:45, Almaniya - Niderland
Saat 22:45, İtaliya - İsrail
Saat 22:45, İslandiya - Türkiyə
Saat 22:45, Ukrayna - Çexiya
Saat 22:45, Uels - Monteneqro
Saat 22:45, Estoniya - İsveç