“Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək

İyulun 6-dan avqustun 15-dək Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda Koreya Kinosu Festivalı”  keçiriləcək.

 

 

 

APA-nın məlumatına görə, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.

 

Kino festivalında Koreya filmləri ölkəmizin 5 regionunda - Gəncə (6-12 iyul), Lənkəran (13-19 iyul), Sumqayıt (20-29 iyul), Ağdaş (31 iyul-6 avqust) və Qəbələdə (7-15 avqust) nümayiş olunacaq.

 

Festivalın rəsmi açılışı iyun ayının 6-da Gəncə şəhərində baş tutacaq və tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış “Əbədi An” (“Forever The Moment”)  adlı film təqdim olunacaq.

 

Kino festivalının bağlanış mərasimi avqust ayının 15-də Qəbələdə keçiriləcək. Festivala 2011-ci ildə rejissor Choi Ik-hwan tərəfindən lentə alınmış “Ana” (“Mama”) adlı filmlə yekun vurulacaq.

 

“Azərbaycanda Koreya Kinosu Festivalı”nın tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuz olacaq.

Tarix
3 İyul 2015 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin