Ana səhifə
17 Noyabr 2018

Sabiq deputatdan qalmaqallı həkimə iş təklifi - FOTO

Vəzifəsindən istefa vermiş Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərova sabiq YAP-çı deputatdan iş təklifi gəlib.

 

Ucnoqta.az xəbər verir ki, V.Ələkbərova iş təklif edən keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov olub. O, bununla bağlı Feysbuk sosial şəbəkəsində yazılan bir statusu şərh edərkən bildirib.

 

N.Məmmədov əvvəlcə V.Ələkbərovun nə üzrə mütəxəssis olduğunu soruşub. Onun plastik və dekonstruktiv cərrah olduğu cavabını aldıqdan sonra isə “gəlsin, iş verək” cavabını yazıb.

 

Bununla bağlı N.Məmmədovun özü ilə də əlaqə saxladıq. Sabiq YAP-çı deputat açıqlamasında klinikasında peşəkar həkimlərə həmişə yer olduğunu bildirdi:

 

“Vüqar Ələkbərov peşəkar həkimdir. Hər kəs də tanıyır onu. Bütün klinikalar kimi, mənim klinikamın da onun kimi peşəkar həkimə ehtiyacı var. Özünün arzusu, istəyi olsa, əlbəttə ki, bizimlə çalışmasını istəyərik. Sosial şəbəkələrdə onunla bağlı çox yüksək fikirlər söyləyirlər. Mən də bunları görüb təklif etdim ki, gəlib bizim klinikada işləsin. Əlbəttə ki, o bizimlə işləməyə hazırdırsa, buna məmnun olarıq”.(Axar.az)

Tarix
23 Oktyabr 2014 [17:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin