Ana səhifə
18 Noyabr 2018

Mİkayıl Cabbarov yeni orqan yaradır

Azərbaycanda ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb.

 

Ucnoqta.azxəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasında çıxışı zamanı deyib.


Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycanda ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq.


Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən M.Cabbarov bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb: “Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir”.


Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan M.Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.


Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir. İclas sabah yekunlaşacaq.(Trend)

 

Tarix
23 Oktyabr 2014 [17:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin