Ana səhifə
20 Sentyabr 2018

Məcburi köçkünlərin problemləri diqqət mərkəzindədir

Laçınlıların sosial şəraiti yaxşılaşdırılır

 

 

 

Azərbaycanın dinamik inkişafı uğurla davam edir və yüksək nailiyyətlər əldə olunur. Bunlar isə ölkə əhalisinin sosial vəziyyətinin yaxşıldaşmasına xidmət edir. 2014-cü ildə laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Hesabat ilində Laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işləri davam etdirilib, Qaradağ rayonu Ümid qəsəbəsində yeni salınmış qəsəbədə  7 saylı tam orta məktəb üçün müasir məktəb binası, Şirinqum adlanan ərazidə əhaliyə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə Malıbəy obasında müasir standartlara cavab verən Malıbəy tibb məntəqəsi inşa olunaraq əhalinin istifadəsinə verilib, Hacısamlı, Şeylanlı-2 nömrəli  tam orta məktəblərinin hər birində  bir sinif otağı tikilib, Qarakeçdi 1 nömrəli, Qarıqışlaq, Fingə, Nurəddin, Sadınlar, Quşçu, Aşağı Cicimli və Pirdinar  tam orta məktəblərində əsaslı, Vağazin 1 və 2  nömrəli, Qarakeşdi 2 nömrəli, Hacılar, Qazıdərə və Qışlaq kənd tam orta, Şəlvə, Aran, Qazaxlar kənd umumi orta, Baş Küngüt ibtidai məktəbləri cari təmir olunub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə  Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən Çıraqlı kənd  tam orta məktəbi əsaslı təmir edilib.

 

29-30 may 2015-ci il tarixdə respublikanın ümumtəhsil məktəblərində olduğu kimi Laçın rayonunun da ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin “son zəng” tədbirləri keçirilib. “Son zəng” tədbirləri Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq göstərişinə əsasən, yalnız məktəb binalarında davam etdirilib.

Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  “Son zəng” tədbirləri ilə əlaqədar rayonun əvvəlcə Ağcabədi rayonu ərazisindəki  37 nömrəli tam orta, sonra isə Düşərgə qəsəbə tam orta məktəblərində olub, pedaqoji kollektivlərlə görüşüb. Rayon rəhbəri “Son zəng”lə bağlı pedaqoji kollektivləri,11-ci sinif şagirdlərini və valideynləri təbrik edib, məktəbi bitirən şagirdlərə arzu və istəklərini bildirmiş, tövsiyələrini verib. Rayon İcra Hakimiyyətinin başçısı məktəblərdə olarkən xüsusilə qeyd edib ki, Ulu öndər Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində son illər ölkəmizin bütün sahələri ilə yanaşı təhsil sahəsində də yüksək inkişafa və irəliləyişlərə nail olunub. Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin bütün məcburi köçkünlərlə yanaşı laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından danışan rayon rəhbəri tərəfindən minnətdarlıqla vurğulayıb ki, 24 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, xanımı Mehriban Əliyeva ilə birlikdə şərəfli ömür yolunun 50 ilinin tamam olduğu bir vaxtda, laçınlı məcburi köçkünlərini öz ailə üzvləri kimi dəyərləndirərək, məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta körpüyə tarixi səfəri, rayonun tarixinə qızıl hərflərlə yazılıb və hər bir laçınlının qəlbində əbədi olaraq qürur və iftixar hissi yaradıb.

 

2014-2015-ci dərs ilində Laçın rayonu üzrə 118 ümumtəhsil məktəbi üzrə 10851 nəfər şagird təhsilə cəlb olunub. Bu il rayonun 83 tam orta məktəbini 826 nəfər məzun bitirib.

Təmir və tikinti işləri başqa sahələrdə də həyata keçirilib. Mərkəzi rayon Xəstəxanasının, Mədəniyyət və Turizm şöbəsinin inzibati binasının fasadı aqlay tavalarla üzlənib, Poliklinika şöbəsində əsaslı, Alxaslı, Şəlvə, Qarıqışlaq və Ağbulaq kənd xəstəxanalarında cari təmir işləri aparılıb. Qayğı qəsəbəsinin sifarişi ilə 4 saylı körpələr evi-uşaq bağçası təmir olunub, Heydər Əliyev prospektində 2015 kv.metr istinad divarı, 392 kv. metr dayaq divarı hörülüb, 1399 m beton bardür düzülüb, 3233 kv. metr aqlay örtüklü səki,1374 metr uzunluğunda metal konstruksiyalı dekorativ məhəccər tikilib. Yeni istifadəyə verilmiş səkinin gecə işıqlandırılmasını təmin etmək məqsədi ilə hündürlüyü 8 metr olan 24 ədəd işıq dirəyi quraşdırılıb. Taxtakörpü qəsəbəsində cari təmirə ehtiyacı olan iki evdə təmir işləri aparılıb, onkoloji xəstə Mədət Abbasova əlavə bir otaq, Katos obasında məskunlaşmış əlil Əliyeva Hicran Əmirxan qızına bir otaqlı ev tikilərək onların istifadəsinə verilib. Qayğı qəsəbəsində II qrup əlil Boran Alməmmədovun və qəsəbə sakini Üzeyir Əsədovun, Qoşasu obasında şəhid ailəsi Tərlan Cəbrayılovanın evi əsaslı təmir olunub, Dünyaya Baxış Beynəlxalq Humanitar təşkilatının maliyyə dəstəyi ilə Taxta körpü qəsəbəsində  kollektorun üzərində piyadaların hərəkəti üçün metal konstruksiyadan ibarət körpü salınıb.

 

Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun tapşırığına uyğun olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadaları təşkil edilərək qrafik əsasında yerlərə ezam olunub.  Səyyar həkim briqadaları təcili tibbi yardım maşınları, zəruri dərman və sarğı materialları ilə təchiz edilib. Bu isti yay günlərində həmin qrafikə əsasən gündəlik olaraq rayon əhalisinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda əhaliyə səyyar tibbi xidmət göstərilib. 24  iyun 2015-ci il tarixdən başlayan bu planlı tədbirlər ilk olaraq rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Mirik, Minkənd, Qoşasu, Qarıqışlaq və Fingə obalarını əhatə edib. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü obalarında təşkil olunmuş səyyar tibbi müayinələr zamanı aşkar olunmuş xəstələrə ambulator müalicələr təyin edilmiş, digərlərinə səhhətlərindəki problemə görə aidiyyəti səhiyyə müəssisələrinə müraciət etmələri üçün göndərişlər verilib. Qocaların və ev şəraitində xəstə vəziyyətdə olan insanların tibbi müayinəsinə xüsusi diqqət yetirilib.

 

Səyyar həkim briqadalarının göstərdiyi tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanıb. Belə tədbirlərin  ilin isti günlərində davam etdirilməsi nəzərdə tutulub.

Vətəndaşların qəbulu və onların problemlərinin həlli də həmişə diqqət mərkəzində olub.2 iyun  2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.

 

Qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov qəbula gəlmiş 16 nəfər məcburi köçkünün müraciətlərini ətraflı dinləyib. Qəbulda müraciət etmiş vətəndaşlardan 4 nəfərinin müraciəti gün ərzində müsbət həll edilib, 12 müraciətə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 2015-ci ildə laçınlı məcburi köçkünlər üçün 1500 evin inşa olunması, Şeylanlı, Fingə, Qarakeçdi və Sadınlar obalarında çınqıl örtüklü yolların salınması, 552 ailəlik qəsəbənin telefonlaşdırılması, əlavə su xəttinin çəkilməsi, Mişni və Qarıqışlaq obalarında modul tipli sutəmizləyici qurğuların, Taxtakörpü qəsəbəsində muzey və idman kompleksinin tikintisi nəzərdə tutulub. Bundan başqa, Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün istifadəyə veriləcək qəsəbədəki sosial obyektlərin laçın rayonundan olan məcburi köçkünlərin istifadəsinə verilməsi, Taxtakörpü ərazisində yaşayan məcburi köçkünlərə yaşayış evlərinin tikintisinin sürətləndirilməsi, məcburi köçkünlərə heyvandarlıq təsərrüfatının yaradılması üçün kreditlərin verilməsi diqqət mərkəzində olacaq.

Tarix
2 İyul 2015 [20:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin