Ana səhifə
19 Sentyabr 2018

Krımdan Yerevana təyyarə reysi açılır

Fuad Muradov: «Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir»

 

 

«Simferopol-Yerevan təyyarə reysinin açılması barədə xəbəri oxudum.  Krımın «nəqliyyat naziri» Simferopol-Yerevan reysinin açılmasını təsdiq edib. Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır». Bu fikirləri millət vəkili Fuad Muradov özünün facebook səhifəsində paylaşıb. O bildirib ki, Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir: «Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyalarının Ermənistana da tətbiq olunmasını zəruri edir».

Deputat onu da qeyd edib ki, Ukrayannın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna 2014-cü ilin mart ayından “Simferopol” hava limanının bağlandığını rəsmən bəyan edib.

 

 

Elməddin

Tarix
23 Oktyabr 2014 [23:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin