Ana səhifə
20 Sentyabr 2018

Dini Komitənin yeni regional şöbələri yaradılacaq

“Hər bir rayonda icra başçısı müavininin rəhbərlik etdiyi Dini Məsələlər üzrə Komissiya fəaliyyət göstərir”.

 

Ucnoqta.azxəbər verir ki, bunu Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, bununla yanaşı, Dini Komitənin də regionlarda şöbələri fəaliyyət göstərir. “Lakin şöbələrin sayı bizi qane etmir. Hesab edirik ki, indiki şəraitdə şöbələrinin sayını daha da artırmaq lazımdır”. Komitə sədrinin sözlərinə görə, regional şöbələrdə kadrların azlığı bəzi məsələlərin həllini yubadır.  “Məsələn, Qərb bölgəsindəki şöbəmiz Gəncədə yerləşir. Həmin şöbənin əhatə dairəsi Naftalandan Qazaxa qədərdir. Bu boyda ərazini əhatə edən şöbənin cəmi dörd işçisi var. Dörd işçi ilə böyük bir ərazidə monitorinq aparmaq o qədər asan deyil”.

 

M. Qurbanlı onu da bildirib ki, İcra Hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar Komitənin işinə köməklik göstərir. “Biz regional şöbələrimizin sayını artırmaq istəyirik və hesab edirəm ki, artırılacaq”.

 

Sədr onu da vurğulayıb ki, Komitə tərəfindən dini sabitliyin olduğu bir şəraitdə qabaqlayıcı tədbirlərin görülməsi üçün bir sıra addımlar atılmalıdır: “Dini Komitənin Bakı şöbəsi mərkəzi aparatda yerləşir. 12 rayonu əhatə edən bu şöbənin cəmi dörd işçisi var. Bu isə işin keyfiyyətinə mənfi təsir göstərir. Bakı regional şöbəsi ayrıca bina ilə təmin edilməsi və işçilərinin artırılması ilə bağlı təklifimiz var”.

 

Tarix
23 Oktyabr 2014 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin