Ana səhifə
15 Noyabr 2018

Avropalı rəsmi İrəvanı qorxutdu

Hraçya Qalustyan:Almaniyanın rəsmi mövqeyi dəhşətə gətirir”

 

 

Avropa Birliyinin Azərbaycan üzrə təmsilçisi Malena Mardın İlham Əliyevlə Serj Sarqsyanın gözlənən Paris görüşü barədə bəyanatı Ermənistanda həyəcan doğurub. Anspress-in məlumatına görə, görüşü müsbət addım sayan AB rəsmisi deyib: “Yüksək səviyyədə bu cür görüşlərin keçirilməsi çox vacibdir. Biz gözləyirik ki, atılan addımlar mövcud status-kvonun dəyişdirilməsinə imkan yaradacaq”.

Malena Mardın məhz bu sözləri erməniləri qorxuya salıb. İndiyə kimi bütün erməni politoloqlar mövcud status-kvonun Ermənistan üçün həddindən əlverişli olduğunu bildiriblər. Buna görə də onlar dərhal Almaniya hökumətinin bu günlərdə Azərbaycan-Ermənistan münaqişəsi barədə hesabatını xatırladıblar: Rəsmi Berlin hesab edir ki, “Qarabağda requlyar erməni ordusu dayanır, danışıqlarda proqress üçün əsas şərt Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağa hazır olmasıdır”.

 

“Avropa Birliyinin bu aparıcı dövlətinin mövqeyi dəhşətə gətirir”,- deyə erməni jurnalist Hraçya Qalustyan bildirir.

 

Tarix
23 Oktyabr 2014 [23:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin