Ana səhifə
20 Sentyabr 2018

Gizli sevgi bəsləmək

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. 

 

 

Ucnoqta.az “Modern.az” saytına istinadən “Gizli sevgi bəsləmək” adlı şeiri oxuculara təqdim edir:

 

 

Bir quş gördüm qəfəsdə, 
kədərli gözlərində 
həyat donub elə bil... 
Yatanda yuxusuna 
əngin səmalar girir. 
Hey süzür, qanad çalır 
buludlara qarışır... 

...amma o qəfəsdədir, 
Azad olmaq istəyir. 
Kainata atılıb, 
qanad çalmaq istəyir. 
Qəm-kədəri qovaraq 
dağı, coşğun çayları 
süzmək... 
dalmaq istəyir.

Əzablar yaşatmayan 
duyğular arzulayır. 
Ağrını, əzabları 
birdəfəlik unudub 
Sevginin dünyasına 
qanadlanmaq istəyir. 
O sevgi dünyasında 
ovsunlanmaq istəyir... 

Hər bir ağac, hər budaq, 
özündə bir dünyadır... 
Dünyaya məhəbbətin 
özü də bir dünyadır... 
Bütün bunlara baxıb 
qəlbimə heyrət daşır. –
Bəlkə məkrli qəfəs 
Həyatdakı hər şeyə 
məhəbbət aşılayır?!.

Anlamaz insanlarsa 
Ora-bura gedirlər, 
Baxırsan ki, hər zaman, 
harasa tələsirlər... 
Heç bilmirlər ki, Günəş 
hardan çıxıb, batacaq..? 
Həzz almırlar dənizdən, 
Dalğaların səsindən,               
həzin ləpədöyəndən... 

Anlamaz insanların 
Düşüncəsi kor qalır... 
Qayğılar çoxdur, lap çox, 
Dərd gedir kədər qalır... 
Ömrü elə-beləcə 
Verirlər gedir bada. 
Düşünürlər ki, 
zaman 
uçmur, durub qapıda...

Quş qəfəsə salınıb, 
Cəftəni aça bilməz... 
Bəlkə biz də bir anlıq, 
qəfəsə qonaq gedək.?! 
Bu həyata boylanaq,     
çabalayaq, çarpışaq? 
Bizə verilən ömrü 
dərindən dərin duyaq... 
Qiymətini anlayaq...

 

Ruscadan çevirəni: Mahir Qabiloğlu 

 

Tarix
25 Sentyabr 2014 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin