12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır

19:54 - 28 Sentyabr 2024 - HADİSƏ

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.

Xəbər xətti