Ana səhifə
18 Noyabr 2018

“Sevməyi öyrədim....” - FOTO

Xalq artisti xanəndə Mənsum İbrahimovun tələbəsi müğənni Vüsalə Rəcova yeni diski və klipinin təqdimat mərasimini keçirib. “Üç nöqtə”nin məlumatına görə,  “Sevməyi öyrədim” adlı diskin  təqdimatında bir çox tanınmışlar və mediya nümayəndələri iştirak edib. Mahnının sözləri  ifaçının özünə, musiqisi isə Rəşad Bağıra aiddir.  Mahnıya Kənan M.M ekran həyatı verib. Təqdimatda çıxış edən qonaqlar müğənniyə ürək sözlərini bildiriblər.  

 

Bildirək ki, ifaçı Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Hazırda İncəsənət universitetində təhsil alır. Şairə kimi də fəaliyyət göstərən müğənni “Mənim ülvi məhəbbətim”  kitabının müəllifidir.

 

Qeyd edək ki, təqdimat mərasimində Arif Babayev, Mənsum İbrahimov, Aşıq Zülfiyyə, Vasif Məhərrəmli, Niyaməddin Musayev, meyxanaçı Ağasəlim, Mirkamil Kamilov, Babək Niftəliyev, Şəhriyar Əbilov və başqaları iştirak edib.

Tarix
23 Oktyabr 2014 [17:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin