Ana səhifə
15 Noyabr 2018

Bəhram Bağırzadədən “Merə məktub” var

Aktyor, rəssam, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə yeni kitab yazır. 
 

 

Ucnoqta.azxəbər verir ki, “Merə məktub” adlı kitab dekabrda təqdim olunacaq. Bu haqda əməkdaşımızla söhbətində B.Bağırzadə deyib:

“Kitabda Bakı merinə təkliflərim yer alır. Burada paytaxtımızda hansı muzeyləri açmaq olar, hara, kimin heykəllərinin qoyulmasından yazmışam. Bu kitab təkcə hazırkı merimizə aid deyil. Ondan sonra gələcək digər merlər də kitabdan bəhrələnə bilər. Burada Bakıda foto-muzeyin, milli mətbəximizin əks olunacağı muzeylərin açılmasını, Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasını təklif etmişəm. Bu kitabı mötəbər məmurlarımıza hədiyyə edəcəm. O, kommersiya məqsədi ilə hazırlanmır”.

B.Bağırzadə yaxın günlərdə “Planeta Parni iz Baku”nun yeni tamaşa təqdim edəcəyini də söyləyib:

“Artıq konsert hazırlıqları başlayıb, afişa hazırlanıb. Apreldə təqdim olunacaq”.

Fransada çəkildiyi reklamdan bəhs edən B.Bağırzadə onun yaxın günlərdə yayımlanacağını bildirib:

“Yüksək səviyyədə hazırlanıb. Azərbaycanda analoqu olmayan bir reklam ərsəyə gəlib. Kompüter qrafikasından istifadə edilib. Hazırda rejissorumuz Emil Quliyevlə çalışıram. Onunla da iki reklam çəkilişində olduq. Heç də fransızların yaradıcı heyətindən geri qalmır”.

Qeyd edək ki, B.Bağırzadənin “Arzularımın şəhəri” adlı kitabı Almaniya, Rusiya və İsraildə satışa çıxarılıb.(Axşam.az)

 

Tarix
23 Oktyabr 2014 [22:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin