Ana səhifə
26 Sentyabr 2018

Qevorq Manukyan: "Azərbaycanlılar qonaqpərvər və ünsiyyətcildilər"- MÜSAHİBƏ

Bakı-2015 Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan Qevorq Manukyan vesti.az saytına müsahibə verib. 

 

 

91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni əsilli idmançı ölkəmizdən razı ayrıldığını açıqlayıb. O, mükafatlandırma mərasimində fitə basılarkən, Azərbaycan prezidenti İlham Əliyevin jestini – azarkeşləri bunu dayanmağa çağırmasını yüksək qiymətləndirib.

 

- Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmək necə təəssürat  yaratdı?

- Avropa Oyunlarında iştirak etmək məndə çox müsbət təəssürat yaradıb. Oyunların təşkil olunması çox yüksək səviyyədə idi. Həm təşkilatçılıq, həm də yarışın keçirilməsi xoşuma gəldi.

 

- Azərbaycanlı boksçu Əbdülqədir Abdullayev  ilə qarşılaşmağınıza mane olan zədə sağalıb ?

- Hə, sağalıb, ciddi zədə deyildi.

 

- Əgər heç bir zədəniz olmasaydı qalib olmaq şansınızı necə qiymətləndirərdiniz?

- Zədə alana qədər mən çox yaxşı formada idim. Dörd döyüş keçirdim və hər birində qalib gəldim. Sizin sualına cavab vermək mənə çətindi.

 

- Bakı küçələrində gəzib şəhər ilə tanış ola bildiniz?

- Bakı mənim çox xoşuma gəldi. Çox gözəl şəhərdir, burada çox gəzib və onun gözəlliyinə heyran olmaq istərdim. Mən ilk növbədə Avropa Oyunlarında iştirak etmək üçün gəlmişəm və ona görə Atletlər Kəndində olmuşam. Xüsusi vaxtım da olmayıb ki, şəhərə çıxım. Məni Bakıda çox yaxşı qəbul elədilər və buna mənim heç bir iradım yoxdur. Azərbaycan Dövlət Bayraq meydanı çox xoşuma gəldi. Bildiyim qədəri ilə bu meydandakı bayraq uzunluğu 70 metr, eni isə 35 metrdir. Bu çox gözəl bayraqdır və Bakının dəniz sahili əsrarəngizdir.

 

- Mərasimdə mükafatlandırma zamanı tamaşaçılar fit səsi ilə etirazını bildiriblər. Sizin bu barədə fikirlərinizi öyrənmək istəyərdim.

- Hər şey yaxşı keçdi. Men buna elə də diqqət etmədim. Prezidentinizin addımı çox xoşuma gəldi. O, yaxşı insandır. Mənim əlimi sıxdı uğurlar dilədi. Onun haqqında məndə yaxşı fikir formalaşdı. Azərbaycan prezidentinin mənə medalı təqdim etməsi mənim üçün böyük şərəf idi.

 

-  Yəqin bilirsiz ki, Azərbaycanla sizin tarixi vətəniniz Ermənistan arasında Dağlıq Qarabağa görə müharibə gedir. Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon adam qaçqın düşüb. Tamaşaçılarımızın soyadı “yan”la qurtaran idmançıya reaksiyası da bununla bağlı idi...

- Bu münaqişə haqda eşitmişəm. Bilirəm ki, müharibə gedir. Amma bununla dərindən maraqlanmamışam.

 

- Bakıda gəzintiniz zamanı yerli əhali ilə ünsiyyət qururdunuz ?

- Bəli, danışmışıq. Bəlkə də onlar mənim erməni əsilli olduğumu bilsəydilər, elə də ünsiyyət qurmazdılar. Əgər ümumi danışsaq azərbaycanlılar çox ünsiyyətcil və qonaqpərvər insanlardılar.

 

- Əgər yenidən imkan olsa ki, Bakıda keçirilən idman yarışında iştirak üçün gələrsinizmi?

- Məmnuniyyətlə gələrəm. Burada hər şey çox xoşuma gəldi. Hətta Azərbaycan boks yığmasında yeni tanışlar tapmışam.

Tarix
1 İyul 2015 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin