Ana səhifə
22 Noyabr 2018

Bərdədə 87 layihə üzrə sahibkarlara 1,157 milyon manat kredit verilib

Birinci rüb ərzində 54,3 milyon manatlıq ümumi məhsul istehsal edilib

 

 

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında da ətraflı müzakirə olunub. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2015-ci ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzədib. Rüb ərzində Azərbaycan Respublikasının Prezidentinin 14 avqust 2014-cü il tarixli Sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “Asan Xidmət” Mərkəzinin, Yol Polis xidmətinin inzibati binasının, şəhər 7 saylı ümumi orta məktəbin və 2 saylı Uşaq Musiqi məktəbinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılıb və istifadəyə verilib. Bunlarla birlikdə İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulub, piyada yolları tikilib, həmin küçələrdə 19 fərdi yaşayış evlərinin dam örtükləri (9 min kv. metr) yenidən qurulub, fasadları təmir edilib.

Rüb ərzində Heydər Əliyev park-bulvarının qarşısındakı ərazinin yenidən qurulması başa çatdırılmış, ərazidə piyada yolu tikilmiş, yaşıllıq zolağı salınıb, 1000 ədəd ağac əkilib.

Ötən dövrdə küçə meydanlara 1770 p/metr bardyor düzülüb, 2930 kv. metr tamet döşənib, 9,2 kv. metr asfalt-beton örtüyü tikilib, 500 kv. metr batı hörülüb, 700 kv. metr barı ağ lay örtüklə üzlənib. Rayonun küçə və meydanlarında, yolların kənarlarında 25 mindən çox ağac və 51 mindən çox gül kolları əkilib.

Bunlarla yanaşı 2 kənd qazlaşdırılıb, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər evinin, Mehdili kəndində müasir Yem zavodunun tikintisi, tutumu 2 min ton olan soyuducu ambarın, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbin, 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilib. Bunlarla yanaşı Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında 170 min manat dəyərində sahilbərkitmə işləri aparılıb, kəndlərin qazlaşdırılması, rayonun elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilib. Cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev rayona səfər edib, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olub, 47 hektar ərazidə tikilmiş Heydər Əliyev adına park-bulvarı, məcburi köçkünlər üçün tikilmiş 588 ailəlik qəsəbəni, “Asan xidmət” Mərkəzini, 2 saylı Uşaq İncəsənət məktəbini, 15,5 km Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunu açıb, “Bərdə” türbəsində aparılan bərpa işləri ilə tanış olmuşdur. Cənab Prezidentə yeni tikilmiş 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu təqdim olunub. Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev rayonda aparılan işlərə dair göstərişlərini verib.

Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev Bərdyə səfərindən dərhal sonra 13 mart 2015-ci il tarixdə “Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamış, yolun yenidən qurulması üçün 2 milyon və mənzil fondunun əsaslı təmiri üçün 3 milyon manat ilkin olaraq vəsait ayırıb. Bu gün bütün bərdəlilər Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yaratdığı xoş təəssurat altında qurub yaradırlar.

Rüb ərzində 54,3 milyon manatlıq ümumi məhsul, o cümlədən 3,4 milyon manatlıq sənaye, 20,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, əhaliyə 1,6 milyon manatlıq nəqliyyat və anbar, 0,3 milyon manatlıq rabitə, 23,4 milyon manatlıq ticarət xidmətləri göstərilib, 3,1 milyon nəfər sərnişin və 0,4 min ton yük daşınıb. İqtyisadiyyatın inkişafına 5,1 milyon manat əsas kapitala investisiya yönəldilib, bunun 4,8 milyon manatı və ya 95 faizini tikinti-quraşdırma işləri işləri təşkil edib. 2014-cü ilin birinci rübünə nisbətən sənaye məhsulu istehsalı 6,2 faiz, kənd təsərrüfatı 25,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,3 faiz, informasiya və rabitə xidmətləri 5,0 faiz, ticarət xidmətləri 23,8 faiz artıb. Rayon büdcəsinin yerli gəlirləri proqnozuna rüb ərzində 103,1 faiz, xərcləri proqnozuna 86,4 faiz əməl edilib. Rayonun bütün zəruri xərclər icra edilib.

Rüb ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,7 faiz artaraq 9,6 min nəfərə çatıb. Mirzalıbəyli kəndində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb istehsala başlanıb, Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin tikintisi davam etdirilib.

Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən rüb ərzində 87 layihə üzrə sahibkarlara 1 milyon 157 min 800 manat güzəştli kredit verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 135 yeni iş yerinin yaradılması imkanı yaranıb.

Proqramın əvvəlindən 2067 sahibkara 61 milyon manat güzəştli şərtlərlə kreditlər verilərək 4317 yeni iş yerlərinin açılmasına şərait yaradılıb.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 977 yeni iş yerləri açılıb ki, bunun da 437-si daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 75-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 362-si fiziki şəxslərdə, 570-i digər layihələrin həyata keçirilməsində yaradılıb.

Rüb ərzində əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır. 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikintisi davam etdirilimb.

İlin əvvəlindən podaratçı təşkilatlar tərəfindən 21,9 km müxtəlif diametrli qaz xətləri çəkilərək Xanxanımlı və Qasımbəyli kəndləri qazlaşdırılıb, 522 abonentə təbii qaz verilib, qaz itkilərinin qarşısını almaq üçün 0,5 km müxtəlif diametrli qaz xətləri çəkilib, 181 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilib.

İçməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 79 ədəd yeni su sayğacı quraşdırılıb, 6 subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunub, 42 quyunun dərinlik nasosları və 2 quyunun transformatoru əsaslı təmir edilib, 16 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılıb 162 su qəzası aradan qaldırılıb. Bunlarla yanaşı Ü.Hacıbəyov küçəsində yüksək mərtəbəli kommunal yaşayış binalarının diamerti 300 mm olan 350 p/metr kanalizasiya xətti tikilib, Heydər Əliyev adına park-bulvarda müxtəlif diametrli 650 p/metr su xətti çəkilib.

 

Tarix
1 İyul 2015 [20:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin