Ana səhifə
14 Noyabr 2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə gedir... - FOTO

Ucnoqta.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.

Yaradıcı heyət Azərbaycan Milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin «Hekayəti-Xırs-Quldurbasan» tamaşası ilə 2015-ci il iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.

 

87-ci teatr mövsümü Dövlət Gənc Tamaşaçılar Teatrı üçün yeni səhnə əsərləri, Beynəlxalq festivalları, qarşılıqlıq yaradıcılıq mübadilələri baxımdan olduqca uğurlu olub.

 

Teatr mövsümün ilk günlərində I Şəki Beynəlxalq Teatr Festivalı, Belarus Respublikasının Brest şəhərində keçirilmiş  XIX “Belaya Veja” (“Ağ qala”) Rusiyanın Perm şəhərində I Beynəlxalq Martin MakDonax Festivallarında uğurlu iştirakı,  Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş rejissor laboratoriyası, III Bakı  Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə keçirilmiş görüş, Əməkdar Artist Nofəl Vəliyev Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrının dəvətilə sözügedən teatrda hazırladığı “Gec qalanlar”, baş rejissorumuz, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun  Kalmık Milli Dram Teatrında səhnələşdirdiyi yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın”, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin görkəmli  Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşalar, 2 fevral Gənclər Günü münasibətilə teatrın istedadlı və gənc aktrisası Səbinə Məmmədovanın  “2014-cü ildə uğurlu fəaliyyətinə görə “Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin “Gənclər mükafatı”, Azərbaycan Milli Peşəkar Teatrın 142-ci ildönümü münasibətilə teatrın aktyoru, Əməkdar Artist Şövqi Hüseynovun “Debüt” nominasiyası üzrə “Zirvə” mükafatı, teatrın istedadlı aktyoru Məhərrəm Musayevin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı və teatrın daha bir qocaman aktyoru, Əməkdar Artist Rahib Əliyevin Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilməsi, teatrın iki gənc və istedadlı aktyoru – Günel Məmmədova və Eşqin Quliyevin Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində uğurlu iştirakı, 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 yeni səhnə əsərinin tamaşaçılara təqdim olunması artıq özlüyündə teatrın əldə etdiyi nailiyyətləri əks etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 87-ci teatr mövsümünə 2014-cü il iyulun 6-da Ağstafa rayonunda yekun vuracaq.

 

       

                                                                           

Xəyal

Tarix
1 İyul 2015 [15:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin