NATO Ukraynanı alyansa dəvət etməkdə hələ konsensusa malik deyil - Stoltenberq

18:37 - 16 Sentyabr 2024 - DÜNYA

NATO-ya üzv ölkələr hələ də Ukraynanın alyansa dəvət olunması ilə bağlı konsensusa nail olmayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq nəşrin saytında yayımlanan həftəlik “Foreign Policy” jurnalına onlayn müsahibəsində bildirib.

"Üzv ölkələr razılaşana qədər heç bir dəvət ola bilməz. Bunun üçün konsensus lazımdır və bizdə hələ ki, yoxdur", - o deyib.

Xəbər xətti