İran Rusiyaya raket tədarükünü təkzib edir

18:32 - 16 Sentyabr 2024 - DÜNYA

İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etməyib.

Ucnoqta.az xxəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.
“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən bəri heç bir silah ötürülməyib”, - deyə prezident bildirib.

Prezident əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.
“Rusiya niyə müharibəyə başladı, avropalılardan soruşun ki, NATO nə üçün sərhədlərini genişləndirmək istəyir? Onlar özləri müqaviləni pozublar”, – Pezeşkian bildirib.

Xəbər xətti