Ana səhifə
12 Dekabr 2018

“Space” rəhbərliyi ÜZR İSTƏDİ və söz verdi

"Bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verilib, hesab edirəm ki, ciddi tədbir görülməlidir"

 

 

 

“Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi”.

 

Bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib: “Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir”.

 

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.

 

Tarix
1 İyul 2015 [12:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin