Ana səhifə
17 Noyabr 2018

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunur

Tbilisidə ölkənin müdafiə naziri İrakli Alasaniya və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nejdət Özəl arasında keçirilən görüşdə Türkiyə-Gürcüstan ikitərəfli hərbi əməkdaşlığı məsələləri müzakirə olunub.

Ucnoqta.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, əsas mövzulardan biri regional təhlükəsizlik olub. Türkiyə tərəfi Gürcüstanla NATO arasında razılaşdırılmış əsas paketin reallaşdırılması gedişində Gürcüstana kömək göstərməyə hazır olduğunu bildirib.

İ.Alasaniya SQ-nin inkişafında dəstəyə və töhfəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib.O, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, bu istiqamətdə birgə təlimləri intensivləşdirmək lazımdır: “Biz ikitərəfli, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı müzakirə etdik. Bu, birgə təlimlərə, böhranlı vəziyyətlərdə birgə müdafiə tədbirlərinə və üç ölkəni birləşdirən infrastrukturun inkişafına aiddir”.

 

Tarix
23 Oktyabr 2014 [16:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin