MTRŞ “Space”in efirində baş verənləri araşdıracaq

““Space” televiziyasında yayımlanan “Günaydın” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

 

 

 

T. Məmmədov bildirib ki, “Space”dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var: “Düzdür söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. “Space”dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir”.

 

Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.

 

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.

Tarix
30 İyun 2015 [18:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2015-06-30 18:18:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin