Ana səhifə
17 Noyabr 2018

İlham Əliyev yeni səfiri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.

Ucnoqta.az xəbər verir ki, səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçdi. Trendin məlumatına görə, diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Səfir Neboyşa Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

 

Tarix
23 Oktyabr 2014 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin