Ana səhifə
21 Sentyabr 2018

Ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. 
 

 

"Ucnoqta.az" xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

Ölənlərdən birinin 7-8 yaşlı qız, digərinin isə 30-35 yaşlı kişi olduğu açıqlanıb. Məlumata görə, mikroavtobusun sürücüsünün vəziyyəti ağır qiymətləndirilir.         

 

Tarix
23 Oktyabr 2014 [16:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin