Ana səhifə
14 Noyabr 2018

“Nokia” markasının gələcək aqibəti bəlli oldu

Bir zamanlar əfsanə telefon markası olan “Nokia”-nın gələcək taleyi ilə bağlı suallara aydınlıq gətirilib. Illər əvvəl satışa çıxarılması ilə indiki markalardan “İphone” “Samsung” kimi partalyışa səbəb olan bu marka bir müddət əvvəl uğradığı uğursuzluqdan sonra “ Microsoft” şirkəti tərəfindən  satın alınmışdı. Satıldıqdan sonra markanın gələcək taleyi və adı ilə bağlı isə müxtəlif  fikirlər səsləndirilirdi. Bəziləri “Nokia”-nın öz adı ilə istehsalına davam etdiriləcəyini düşünsə də bir çoxları bunun əksini iddia edirdi. Belə ki, “Microsoft” şirkəti uzun müddət qoruduğu sükutunu pozaraq məsələyə aydınlıq gətirib. Şirkətdən verilən informasiyada  “Nokia” markasının artıq tarixə qarışacağı bildirilib. Bu məqsədlə artıq “Lumia” modeli olan telefonlardan “Nokia “ markasının silinməsinə başlanıb. Qeyd edək ki, hələlik ilk olaraq Fransada atılan bu addım tədricən bütün dünyada həyata keçiriləcək. Bununla da, bir zamanlar hamının xəyallarının telefonu olan bu marka artıq tarixə düşəcək.

 

 

Samir Mehralıyev

Tarix
23 Oktyabr 2014 [16:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin