Ana səhifə
24 Sentyabr 2018

Rəssam Çingiz Mehbaliyevin Belqradda rəsm sərgisi keçiriləcək – FOTO

Serbiyanın paytaxtı Belqrad şəhərində iyulun 2-də rəssam Çingiz Mehbaliyevin “İkinci addım” adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçiriləcək. Məşhur serb  rəssamı və yazıçısı olmuş Djura Yakşiçin ev muzeyində (www.kucadjurejaksica.rs) keçiriləcək sərgidə Çingiz Mehbaliyevin realizm, sürrealizm üslubunda çəkilən və müxtəlif mövzuları əhatə edən rəngkarlıq və qrafika əsərləri nümayiş etdiriləcək.

Dörd gün davam edəcək sərgidə sənətsevərlərə təqdim olunacaq bəzi rəsmlər ilk dəfədir ki, açıq sərgi salonunda nümayiş etdirilir. Onlara misal olaraq “Hacı Zeynalabdin Tağıyev şollar su kəmərinin çəkilişində”, “Qarabağdan buket”, “Uzaqlaşan gələcək”, “Uçan xalça” rəsmlərini misal göstərmək olar. Ümumiyyətlə isə Çingiz Mehbaliyevin rəsmlərində qərb rəssamlıq üslubunun şərq motivləri ilə necə birləşdirini görmək mümkündür.

Sərginin açılış mərasimində Azərbaycanın Serbiyadakı Mədəniyyət Evinin rəhbəri Zərifə Əlizadənin, Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndələrinin, Serbiyadakı Azərbaycan diasporunun nümayəndələrinin, serbiyanın ictimai xadimlərinin, iş adamlarının və incəsənət xadimlərinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, bu sərgi azərbaycanlı rəssam Ç. Mehbaliyevin Avropada keçirilən heç də ilk fərdi rəsm sərgisi deyil. Rəssamın bundan öncəki rəsm sərgisi 2013-cü ilin iyul ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.

 

 

Fidan

Tarix
29 İyun 2015 [19:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin