Ana səhifə
15 Noyabr 2018

Sabirabadda 23064 hektar sahədə taxıl əkilib

 

İri fermer təsərrüfatlarının yaradılması, istifadə olunmayan torpaqlardan səmərəli istifadə edilməsi istiqamətdə tədbirlər görülür

 

Respublikamızda olduğu kimi, Sabirabad rayonunda da cari ilin birinci rübündə bütün sahələrdə inkişaf təmin olunub, sosial infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər görülüb. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə 15 yeni müəssisə yaradılıb, 418 yeni iş yeri açılıb ki, bunun da 392-si daimi, 26-sı isə müvəqqəti iş yerləridir.

Ötən il rayonda xeyli abadlıq-quruculuq işləri görülüb. Cari ildə də bu istiqamətdə işlər davam etdiriləcəkdir. Bununla bağlı sənədlər hazırlanır və yaxın günlərdə nəzərdə tutulan işlərə başlanılacaqdır. Şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı ikimərtəbəli, İlham İsgəndərov küçəsində yerləşən 1, 1a, 2, 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinin aparılıb, küçə və səkilərin təmir olunması, işıqlandırma sistemlərinin quraşdırılıb və digər tədbirlərin görülməsi planlaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan edilib. Bununla bağlı tədbirlər planı təsdiq olunub. Tədbirlər planında əkinçilikdə  yeni texnologiyaların tətbiqi, məhsul istehsalçılarına verilən yardımların sistemləşdirilməsi, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən toxumların, texnoloji avadanlıqların, mineral gübrələrin, cins damazlıq heyvanların satılması şərtlərinin təkmilləşdirilməsi, regionlarda aqroparkların yaradılması, satış yarmarkalarının təşkili, kiçik emal müəssisələrinin yaradılması, toxum fondunun fəaliyyətinin təmin olunması, iri fermer təsərrüfatlarının yaradılması, istifadə olunmayan torpaqlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatı idarələrinin təşkili, sığorta mexanizminin təkmilləşdirilməsi və digər tədbirlər nəzərdə tutulub. Bu sahədə rayonda da müəyyən işlər görülür.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2015-ci ilin məhsulu üçün ötən il 23064 hektar sahədə taxıl əkilib ki, bundan 11937 hektarı buğda, 11127 hektarı isə arpa sahəsi olub. Cari ilin 1 aprel tarixinə 1359 hektar tərəvəz, 1303 hektar bostan, 1272 hektar kartof, 4400 hektar sahədə təzə yonca əkini aparıls, Hazırda yaz əkin kampaniyası davam etdirilir.

Toxumçuluğun inkişafı ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsini almış 5 təsərrüfat fəaliyyət göstərir. İri taxılçılıq təsərrüfatlarının yaradılması üçün 5 min hektar sahə ayrılıb. Meliorasiya və irriqasiya işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Dövlət Layihə İnstitutunun mütəxəssisləri ərazidə olub və layihələşdirmə işlərinə başlanılıb. Bitkiçiliyin inkişafında  və məhsuldarlığın artırılmasında torpaqların suvarılması və digər meliorativ tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Son illər bu sahədə də rayonda xeyli iş görülüb. Cari ilin birinci rübündə ümumilikdə meliorasiya təşkilatları tərəfindən 317 km-dən çox su kanalları, 95 km olan dren-kollektor şəbəkəsi lildən təmizlənib. 6 hidrotexniki qurğuda əsaslı, 66-da cari təmir işləri aparılıb. Dövlət torpaq fondu hesabına yaradılacaq özəl iri taxılçılıq təsərrüfatlarının ərazisinin suvarılması və eyni zamanda Bala Həşimxanlı, Sarxanbəyli və digər kəndlərin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Azadkənd kəndi ərazisində Kür çayı üzərində yaradılacaq nasos stansiyası vasitəsilə uzunluğu 12 km olan «H» kanalının çəkilişi İnvestisiya Proqramına daxil edilmiş və yaxın zamanda bu işlərə başlanılacaqdır.

Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən həmin dövrdə rayonun inzibati ərazisində meşə əkini üçün 30 hektar torpaq sahəsi hazırlanıb, 0,80 hektar sahədə toxum səpilərək tinglik sahəsi salınıb.

Əhalini dayanıqlı elektrik enerjisi ilə  təmin etmək məqsədilə müəyyən işlər həyata keçirilir. «Azenko» tərəfindən rayonun Muradbəyli, Nizami, Şəhriyar, Xəlfəli, Qaratəpə və Əhmədabad kəndlərində elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. 10/04 kv-luq  yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur, SİP kabel çəkilir və «Smart» kart tipli sayğaclar quraşdırılır. Cari ildə 500 ədəd «Smart» kart tipli sayğac quraşdırılmışdır. Hazırda 14442 abonent «Smart» kart tipli sayğacdan istifadə edir.

Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Ötən il rayonun Suqovuşan və Məmişlər kəndlərinə təbii qaz verilib. İndi rayon mərkəzi daxil olmaqla 18 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Hazırda rayonun 17 kəndində qaz xəttinin çəkilişi aparılır. 6 kənddə, o cümlədən Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Azadkənd və Qəzli kəndlərində qaz xəttinin çəkilişində son tamamlama işləri görülür.. Artıq Ətcələr kəndinə qazın verilməsi təmin edilib. Aprelin 18-də Ətcələr  kəndinə təbii qaz verilməsi münasibətilə tədbir keçirilib.

 Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq  qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik edib, onlara xoş arzularını yetirib. Rayon rəhbəri bildirib ki, bugünkü yüksəliş, inkişaf, tərəqqi  ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən mühüm iqtisadi islahatların tərkib hissəsidir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılmasına stimul verir. Rayonumuzun digər kəndlərinə də qazın verilməsinə nail olunacaqdır.

  Rayon rəhbəri daha sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində həyata keçirilən digər tədbirlərdən, sosial problemlərin həlli istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən də danışıb. «Azəriqaz» İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev çıxışında bildirib ki, qazlaşma prosesi bundan sonra da davam edəcəkdir. Hazırda Sabirabadın digər kəndlərində də bu istiqamətdə işlər görülür. Kənd sakinləri adından Ətcələr kənd tam orta məktəbinin direktoru Novruzəli Babayev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılova, eləcə də qazın çəkilməsində xidməti olanlara minnətdarlığını bildirib. Alqış sədaları altında məktəbin həyətində «mavi alov» şölələnib. Hazırda11 kənddə- Bulaqlı, Dadaşbəyli, Axtaçı-Muğan, Əsədli, Qəfərli, Qaralı, Balvar, Güdəcühür, Qaratuğay, Osmanlı və Poladtoğay kəndlərində qaz xətti çəkilişi aparılır. Yaxın gələcəkdə digər kəndlərə də təbii qazın verilməsi nəzərdə tutulub. Cari ilin birinci rübündə görülən işlər nəticəsində 357 abonentə təbii qaz verilmiş və hazırda abonentlərin sayı 14323-ə çatıb.

Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərləri İdarəsindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılıb. Şəhərin müəyyən hissəsinə Talış Qrup Su Kəməri vasitəsilə gələn içməli su verilir. Hazırda 4700 abonent standartlara uyğun içməli su ilə təmin olunur. Şəhərin digər ərazisində su xətti çəkilişi davam etdirilir. Əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisi başa çatmaq üzrədir.

Tarix
29 İyun 2015 [20:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin