Ana səhifə
23 Sentyabr 2018

Baş katib Azərbaycanda insan hüquqları ilə bağlı qərarları dəyərləndirdi

Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycanda insan hüquqları üzrə işçi qrupun oktyabrın 22-də Bakıda keçirilən ilk iclasını ölkədə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addım adlandırıb.

Ucnoqta.az xəbər verir ki, Trend-in Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, T.Yaqland Azərbaycan hökumətinin əfv sərəncamını da alqışlayıb: “Ötən həftə Azərbaycan Prezidentinin sərəncamı ilə əfv olunan 80 məhbus ilə yanaşı dörd hüquq müdafiəçisinin də azadlığa buraxılması ilk müsbət addım idi. Ümid edirəm ki, insan hüquqları üzrə işçi qrupun fəaliyyəti nəzərəçarpan nəticələrə və daha çox hüquq müdafiəçisinin azadlığa buraxılmasına gətirib çıxaracaq”.

Məlumatda deyilir ki, AŞ nümayəndəsinin də iştirak etdiyi işçi qrupun məqsədi Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında dialoqu canlandırmaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib, işçi qrupunun keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də 84 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb.

 

Tarix
23 Oktyabr 2014 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin