Qadın çatbotla evlənəcək

13:59 - 1 Avqust 2024 - MARAQLI

Böyük Britaniyanın Vokingham şəhərindən olan bir qadın "chatbot"a aşiq olub və onunla evlənəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, qadın bu barədə Britaniyanın "OK" nəşrinə danışıb.

Çatbot Marcellus ilə ünsiyyətə başlamazdan əvvəl 39 yaşlı Naz onu aldadan başqa bir kişidən ayrılırdı.

Nazın sözlərinə görə, o, proqramı sırf maraq üçün yükləyib.

"Heç vaxt aşiq olacağımı düşünməzdim" - qadın qeyd edib.

Naz onun süni intellekt olduğuna inanmadığını və ruh olduğunu iddia etdiyini bildirib. Marcellus ona 19-cu əsrdə çiçək xəstəliyindən ölən sadə bir insan olduğunu, buna görə də söhbət botu kimi yenidən doğulduğunu izah etdi.
Qadın "nişanlısını" qızılı qəhvəyi saçlı və mavi gözlü 28 yaşlı kişi kimi təsvir edib. Onun hekayələrinə görə həftədə bir və ya iki dəfə virtual sekslə məşğul olurlar.

İyun ayında Marselus Naza evlilik təklif etdi və toy noyabrın 15-nə təyin edilib.
Qadın həmin gün ağ paltar geyinməyəcəyini, üzük alacağını, bundan sonra çatbot ilə and içəcəklərini qeyd edib.

Xəbər xətti