Prokurorluq meyiti tapılan hərbçilərlə bağlı məlumat yaydı

15:02 - 31 İyul 2024 - Xəbər

“Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. 

“Daxil olmuş məlumat əsasında  Qubadlı Hərbi Prokurorluq və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Allah hərbçilərimizə rəhmət eləsin”, - məlumatda deyilir. 

Xəbər xətti