Ana səhifə
24 Sentyabr 2018

Deputatın qohumuna ömürlük həbs sifarişi - İDDİA

Ucnoqta.az interpress.az-a istinadən xəbər verir ki, R.Mirələmova ömürlük həbs verilməsi barədə sifariş “qanuni oğru” Rövşən Lənkəranskidən gəlib. Belə ki, öldürülən lənkəranlı Ramal Bayramovun R.Lənkəranskinin yaxın adamı olduğu və “qanuni oğru”nun Azərbaycandakı bir sıra işlərdə məhz ondan istifadə etdiyi iddia olunur. R.Bayramovun bundan əvvəl də bir neçə dəfə mübahisəli məsələlərin həlli zamanı xəsarət aldığı da daxil olan məlumatlar arasındadır. 

Ömürlük həbsə məhkum edilən R.Mirələmovun vəkili Kamandar Nəsibov da İnterpress.az-a məhkəmə qərarının sirafişli olduğunu bildirsə də bu sifarişin kimdən gəldiyini açıqlamayıb: “Rəşad Mirələmova qarşı irəli sürülən ittihamlardan ancaq biri- silah gəzdirməsi məhkəmə araşdırmasında təsdiqini tapıb. Digər ittihamlar - pul tələb etməsi, tamah məqsədilə adam öldürməsi təsdiqini tapmayıb. Rəşad Mirələmov əvvəllər də ölümlə təhdid edildiyini bildirərək silahı müdafiə məqsədilə gəzdirdiyini deyib. Ekspertizanın rəyi təsdiq edib ki, Rəşad Mirələmovda 30-a yaxın xəsarət olub. O, uzanıqlı vəziyyətdə silahdan atəş açaraq Ramal Bayramovu qətlə yetirib, bu zaman Ramal Bayramov onun üstünə bıçaqla gedirdi. Hadisədən sonra Rəşad Mirələmov könüllü təslim olub, silahın yerini bildirib. Ancaq bu barədə məlumat sənədlərdə əksini tapmayıb, məhkəmə araşdırması zamanı yüngüllışdirici hal kimi nəzərə alınmayıb”. 

Vəkil bildirib ki, məhkəmə Rəşad Mirələmovu maksimum 6 il azadlqıdan məhrum etməli idi: “Cinayət Prosesual Məcəllədə göstərilir ki, hökm məhkəmə araşdırmasında əldə edilən sübutlar nəticəsində çıxarılmalıdır. Belə olsaydı Rəşad Mirələmova maksimum 6 il həbs veriləcəkdi. Ancaq indiki halda çıxarılan hökm göstərir ki, bu, xüsusi sifarişdir”.

Qeyd edək ki, Rəşad Mirələmovla bağlı hökmdən apellyasiya şikayəti verilib. 

Tarix
23 Oktyabr 2014 [14:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin